Vətən müharibəsində şəhid olan ədliyyə kapitanı Ruhin Müzəffər oğlu Xəlilovun Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə anım günü keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcə şəhidin məzarı ziyarət olunub.
Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhidin anım tədbiri keçirilib.
Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ədliyyə kapitanı R.Xəlilovun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Sonda tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda musiqilər təqdim olunub.
Bizim.Media