Rəsmi Tehrandan "Taliban"a dəstək: İran qruplaşmanı "İslam Əmirliyi" adlandırdı

Hazırda oxunan: Rəsmi Tehrandan "Taliban"a dəstək: İran qruplaşmanı "İslam Əmirliyi" adlandırdı

32581

İranın Xarici İşlər vəzirinin köməkçisi Rəsul Musəvi "Taliban" silahlı qruplaşmasını "İslam Əmirliyi" adlandırıb.  

Bizim.Media "Azad İran" telegram kanalına istinadla xəbər verir ki, Musəvi Heratda fəaliyyət göstərən iranlı diplomatlar və Baş Konsulluğun işçilərinin son proseslər zamanı heç bir zərər görmədiyi barədə məlumat verib. O, bu şəhərin hazırda "İslam Əmirliyi"nin nəzarətinə keçdiyini deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Taliban” Kabilə yaxınlaşdı – Hər an tutula bilər


Rəsul Musəvi habelə qeyd edib ki, "şəhəri idarə edən qüvvələr" (Taliban) diplomatik nümayəndəliklər və onların işçilərinin təhlükəsizliyini  təmin etməklə bağlı öhdəlik götürüblər.

Qeyd edək ki, Molla Məhəmməd Ömərin rəhbərliyi altında 1996-cı ildə Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirəndə dövlətin adını "Əfqanıstan İslam Əmirliyi" elan etmişdi. Bu hökuməti yalnız azsaylı ölkələr rəsmi olaraq tanımışdı və İranın adı həmin ölkələr sırasında deyildi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin