Kürdəmirdə ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində üç "Hyundai" markalı avtomaşın toqquşub.
MÖVZU İLƏ BAĞLI:
Qubada 64 yaşlı qadın avtoqəza qurbanı oldu - ÖZƏL
Hadisə zamanı avtomobillərdən biri yanıb. Avtomobilin sürücüsü Qədirov Ceyhun Şakay oğlu xəsarət alıb.
Bundan başqa, digər avtomobildə bir ailənin beş üzvü - sürücü 29 yaşlı Həsənov Asim Asif oğlu və onun ailə üzvləri 27 yaşlı Həsənli Nuranə Rüstəm qızı, 29 yaşlı Həsənli Günel Asif qızı, 6 yaşlı Həsənli Səid Asim oğlu və 3 yaşlı Həsənli Asif Asim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media