Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunu vəzifəsindən azad edib.
Bizim.Media xəbər verir ki, nazirin müvafiq əmri ilə Fizuli Məmmədov vəzifəsindən azad olunub.
Muxtar Babayevin digər əmri ilə nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı Səmədov Cəlair Zöhrab oğlu Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Lənkəran rayonunun Haftoni ərazisində "Beta” şirkətinə icarəyə verilən meşə fondu sahəsində ağacların kəsilməsi böyük səs-küyə səbəb olub.
"Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:09 / 13.08.2021
Lənkərandakı meşə qalmaqalına görə Muxtar Babayevdən ƏMR
Hazırda oxunan: Lənkərandakı meşə qalmaqalına görə Muxtar Babayevdən ƏMR
Hazırda oxunan: Lənkərandakı meşə qalmaqalına görə Muxtar Babayevdən ƏMR
32489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.