“Azərbaycanın FHN əməkdaşları hələ Türkiyədədir” – Yanğınlar tam SÖNDÜRÜLMƏYİB – ÖZƏL

Hazırda oxunan: “Azərbaycanın FHN əməkdaşları hələ Türkiyədədir” – Yanğınlar tam SÖNDÜRÜLMƏYİB – ÖZƏL

32484

Dünən axşam yayılan məlumatlara görə, Türkiyədə meşə yanğınları tam söndürülərək təhlükəsizlik tədbirləri yekunlaşıb.

Bizim.Media olaraq Azərbaycan FHN əməkdaşlarının geri dönmə vaxtı ilə bağlı bəzi məlumatları dəqiqləşdirmək istədik.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədəki yanğınların icraçısı bəllidir, bəs sifarişçi kimdir? – Fikrət Sadıxovdan İLK İKİ EHTİMAL


Etibarlı mənbədən əldə etdiyimiz informasiyaya görə, işlər başa çatmayıb:

“Türkiyədəki meşə yanğınlarının söndürülməsi barədə rəsmi məlumat yoxdur. Azərbaycanın FHN əməkdaşları hal hazırda orada işləyir”. 

Mənbənin dediyinə görə, yanğın olmuş ərazilərdə soyutma prosesləri hələ davam edir.

“Ona görə də Azərbaycanın qüvvələrinin geri qayıtması məsələsi də bu gün üçün müzakirə mövzusu deyil”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin