ABŞ-ın Əfqanıstandakı səfirliyi ölkədəki vətəndaşlarını dərhal Əfqanıstanı tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı diplomatik nümayəndəliyinin yaydığı məlumatda deyilir:
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstan hökuməti Talibanla bağlı BMT TŞ-nin toplanmasına çağırış etdi
"ABŞ səfirliyi vətəndaşların Əfqanıstanı dərhal tərk etməyə çağırır. Təhlükəsizlik şəraiti və işçilərin sayının azalması səbəbindən səfirliyin Əfqanıstandakı ABŞ vətəndaşlarına kömək imkanları hətta, Kabul bölgəsində belə məhduddur".
Xatırladaq ki, ABŞ ordusunun Əfqanıstanı tərk etməsi ilə hökumət qüvvələri ilə “Taliban” arasında müharibə başlayıb.
Bizim.Media