İyunun 25-də Tehrandan naviqasiya işıqlarını söndürərək uçan iki təyyarər diqqət çəkib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin təyyarələr İranın ali rəhbəri Əli Xameneiyə məxsus olan "Qədir İnvestition" Şirkətinin sifarişi ilə "Mahar Air" tərəfindən alınıb.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, sifariş verilən 6 bu lüks təyyarələrin hamısı fərqli vaxtlarda İrana gətirilib. Həmin təyyarələrin modeli "Hawker 400XP"dir və əsasən dövlət rəsmilərinin xaricə səfərləri üçün istifadə edilir.
MÖVZU İLƏ BAĞLI:
Xamenei səlahiyyətlərini təhvil verib?
Məlumatlara əsasən, İran sanksiyalardan yayınaraq bu təyyarələri almaq üçün Mərkəzi Afrikada yerləşən Burundi dövlətində ofşor şirkət yaradıb və müxtəlif yollardan istifadə edərək onları İrana gətirib.
Ölkəyə gətiriləndən sonra da İran hökuməti onları insanların gözündən gizli saxlamaq üçün müxtəlif şəhərlərin hava limanlarına yerləşdirib.
Qiyməti milyonlarla dollar olan təyyarələrdən təkcə dövlət səlahiyyətliləri deyil, Sepah komandanları da xarici ölkələrə səfərlər zamanı stifadə edir.
Bizim.Media