Çin Rusiya ilə sərhəd şəhərlədə karantin elan etdi

Hazırda oxunan: Çin Rusiya ilə sərhəd şəhərlədə karantin elan etdi

3230

Çin xalq Respublikası Rusiyanın Baykal ətrafı rayonlarla sərhəd bölgəsi olan Mançjouli şəhərində karantin tətbiq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə səhər saatlarında Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Şəhərdə yığıncaqlara və kütləvi tədbirlərə qadağa qoyulub, əyləncə müəssisələri, məktəblər və uşaq bağçaları müvəqqəti bağlanıb.

Şəhər hakimiyyəti bütün sakinlərin (şəhər əhalisi təxminən 172 min nəfərdir) kütləvi test edilməsinə hazırlıq barədə açıqlama verib.

Operativ qərargah şəhərlə sərnişin dəmiryolu əlaqəsinin müvəqqəti dayandırıldığını da bildirib.
Çinin Mançjouli şəhəri Rusiya və Çin sərhəddində mühüm logistika mərkəzidir: orada "Trans-Baykal-Mancuriya" sərhəd keçidi yerləşir.

Ötən sutkada Çin hakimiyyəti koronavirusla yoluxmanın məhz bu istiqamətdə xaricdən gələn vətandaşlar vasitəsilə artdığını aşkar edib.

Ona görə də Rusiya ilə sərhəddi ciddi nəzarətə götürmək əmr olunub. 

Si Tszinpin beynəlxalq "sağlamlıq kodları" mexanizminin yaradılmasını təklif edib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin