BMT Azərbaycan və Ermənistana çağırış etdi

Hazırda oxunan: BMT Azərbaycan və Ermənistana çağırış etdi

32268

“BMT-nin Qarabağda monitorinq missiyası yoxdur. Biz tərəfləri mülki şəxslərin təhlükəsizliyini və sakitliyini təmin etmək üçün bu günə qədər razılaşdırılmış müqavilələrə hörmət etməyə çağırırıq”.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) sözçüsü Stefan Dujarrik mətbuat konfransında “Report”un ABŞ nümayəndəsinin Ermənistanın Azərbaycanla sərhədin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində atəşkəs rejiminə riayət etməməsi və atəşkəsi müxtəlif istiqamətlərdə pozmasına beynəlxalq təşkilatın səssiz qalması ilə bağlı sualını cavablandırarkən bildirib.

BMT sözçüsü tərəfləri razılaşdırılmış müqavilələrin şərtlərinə riayət eməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin