Çexiyanın paytaxtı Praqada təşkil olunan cüdo üzrə Avropa çempionatını Azərbaycan cüdoçuları 5 medalla başa vurublar.
Bizim.Media xəbər verir ki, çempionatın son günündə yarışa qatılan İrina Kindzerska (78 kiloqramdan yuxarı) finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə fransalı rəqibi Romane Diskonun öhdəsindən gələ bilməyib. Cüdoçumuz qitə çempionatının gümüş medalı ilə kifayətlənib.
Digər təmsilçilərimiz Məmmədəli Mehdiyev (90 kq) Türkiyə təmsilçisi Mikayıl Özerlerini, Zelim Kotsoyev (100 kq) bolqarıstanlı Boris Georgiyevi bürünc medal uğrunda döyüşdə məğlub edərək üçüncü yeri tutublar. Bununla da, medalların sayı 5-ə çatıb.
Qeyd edək ki, qitə çempionatında bundan əvvəl millimizin üzvləri Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov bürünc medal qazanıblar.
Avropa çempionatında 40 ölkədən 355 cüdoçu iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:00 / 21.11.2020
Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurdu
Hazırda oxunan: Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurdu
Hazırda oxunan: Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurdu
3225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.