BNA cərimə etdiyi avtomobilləri həbsə qoya bilərmi? – İki qurumu üz-üzə qoyan SİSTEMSİZLİK

Hazırda oxunan: BNA cərimə etdiyi avtomobilləri həbsə qoya bilərmi? – İki qurumu üz-üzə qoyan SİSTEMSİZLİK

32188

Avtomobillərin dayanma-durma qaydalarının pozulmasına görə cərimələrin toplanması və ödənilməyən cəriməyə görə avtomobilə həbs qoyulmasının mexanizmi cəmiyyətdə hələ də çaşqınlıq yaradır. 

BNA və DYP-nin təzadlı mexanizmi...

Aydındır ki, sözügedən qaydaların pozulmasına görə cərimələrlə bağlı protokolu Dövlət Yol Polisi deyil (DYP), Bakı Nəqliyyat Agentliyi (BNA) tərtib edir. Cərimələrin toplanması, icrası isə Dövlət Yol Polisinin səlahiyyətinə aiddir. Hətta cərimə faizlərinin tətbiqi, ödənməyən cərimələrə görə avtomobilə həbs qoyulması, bununla bağlı maşının cərimə meydançasına aparılması səlahiyyəti də Dövlət Yol Polisinin hüququdur. Amma sözügedən məsələnin mexanizmi ilə bağlı təzad var. 

Redaksiyamıza olunan sürücü şikayətində həmin təzadın əyani sübutunu əks etdirən foto daxil olub. Hansı ki, analoji hal digər sürücülər arasında da çaşqınlıq yaradır. 
 

MÖVZU İLƏ BAĞLI:

Dayanma-durma cərimələri qanunsuzdur? - AİDİYYATI QURUMLAR QARŞI-QARŞIYA - VİDEO


Səlahiyyəti olmayan BNA-dan niyə xəbərdarlıq mesajı gəlir? 

Şikayətçi sürücü Bizim.Media-ya açıqlamasında deyib ki, ödəmədiyi cəriməyə görə Bakı Nəqliyyat Agentliyi adından avtomobilinə konkret müəyyən olunmuş vaxtdan sonra həbs qoyulacağı barədə xəbərdarlıq mesajı gəlib. Halbuki cərimələrlə bağlı icraedici orqan DYP-dir.

Əgər belədirsə, avtomobilin cərimə meydançasına aparılacağı ilə bağlı xəbərdarlıq mesajı da sürücüyə həmin qurumun adından gəlməlidir. Mexanizm yalnışlığı və boşluğu sürücülər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə də dəflərlə bu məsələ müzakirə yaradıb.

Sürücülər müvafiq qurumlara çağırış edərək yalnış sistemin dəyişilməsini və ya düzəliş edilməsini tələb edirlər. 

“İşimiz inzibati tənbehvermə tədbiri görənə qədərdir”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev avtomobilə həbs qoyulacağı barədə mesajın Daxili işlər Nazirliyinin Mərkəzi İnformasiya Sistemi tərəfindən gəldiyini bildirib:

“Biz heç kimə SMS göndərmirik. Bizim işimiz cərimə etməkdir. Cərimə edildikdən sonra məlumatlar Mərkəzi İnformasiya Sistemi və ASAN Xidmətin Elektron Hökumət Portalına ötürülür. Sistem belə qurulub və bu səlahiyyətimizə aid olan məsələ deyil. Prosesin çaşqınlıq yaratmasını anladım və razıyam. Amma bu barədə cavabdeh qurumlar fikir bildirməlidirlər. Bizim işimiz dayanma-durma və parklanma qaydalarının pozulmasına görə inzibati tənbehvermə haqqında tədbiri görənə qədərdir”. 

BNA-nın adının qeyd olunması...

Dövlət Yol Polisinin rəsmisi Mübariz Şahbazovun sözlərinə görə ölkədə İnzibati xətalar Məcəlləsi ilə bağlı qanunla nəzərdə tutulmuş müvafiq maddəələrin icrası DYP və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisinə həvalə olunub:

“Eyni zamanda da BNA də paytaxt ərazisində dayanma-durma qaydalarının pozulmasına görə protokol tərtib edirsə, belə bir səlahiyyəti varmı-yoxmu bilmirəm. Hər halda belə faktlar var.

Qanunla müəyyən olunmuş cərimə 3 ay müddətində ödənilməyibsə, sürücüdən o cəriməni almaq üçün tətbiq edilən mexanimlərdən biri də nəqliyyat vasitəsinin cərimə meydançasında yerləşdirilməsi qərarı çıxarılır. Bu səlahiyyət yalnız bizə aiddir. BNA-nın həmin avtomobili aparıb hansısa duracağa yerləşdirməsi kimi funksiyası yoxdur.

Avtomobilə həbs qoyulacağı ilə bağlı xəbərdarlıq mesajında BNA-nın adının qeyd olunması isə qanunla parklanmaya görə cərimə yazmaq səlahiyyətinin onlarda olması ilə bağlıdır. Biləsiniz ki, son dövrlər ictimai rəydə yaranmış narazılıqlar nəzərə alınaraq paytaxt ərazisində dayanma, durma və parklanma ilə bağlı inzbati xəta tərkibi yaradan hallar barədə cərimələrin tətbiqi səlahiyyəti yenidən Dövlət Yol Polisinə də verildi. Yəni paralel olaraq biz bu işi aparırıq”.
Qanunda olmayanların tətbiqi bu sənədə tüpürməkdir

Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə yaranmış mübahisəli məsələyə belə aydınlıq gətirib:
 

“Bu, qanunda nəzərdə tutulmayan bir haldır. Qanunvericilikdə belə bir müddəa nəzərdə tutulmayıb ki, BNA belə halda yol polisinə müraciət etməlidir, yol polisi isə onun əvəzinə qərar qəbul etməlidir. Bu da hələ yoxdur. Azərbaycanda qanunda olmayan bir şeylərin tətbiqi sadəcə olaraq sözügedən sənədin üzünə tüpürməkdir.


Qanun heç kimin əlində alət ola bilməz. Kimsə öz maraqları çərçivəsində bu qanuna dəyişikliklər və ya müdaxilələr edə bilməz.

Məsələn, BNA qanunvericilikdə nəzərdə tutulmasa da parklanmaya görə elektron qərarlar tətbiq edir. Bu hal yol polisi tərəfindən də baş verir. Nümunə üçün deyim ki, bu qurum mobil telefonlarla danışan sürücüləri kamera vasitəsilə cəriməlyir. Halbuki qanunsuzdur”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin