“Yota” ştammı ölüm hallarını iki dəfə artıra bilər - AÇIQLAMA 

Hazırda oxunan: “Yota” ştammı ölüm hallarını iki dəfə artıra bilər - AÇIQLAMA 

32167

Koronovirusun Nyu-Yorkda aşkarlanan “yota” ştammı yaşlı insanlar arasında ölüm halarını 62-82 faiz artıra bilər. 

Bizim.Media xəbər veri ki, bu barədə Nyu-Yorkun Səhiyyə Departamentinin və Kolumbiya Universitetinin Meylman adına İctimai Səhiyyə Məktəbinin mütəxəssisləri açıqlama yayıblar. 

Alimlər ötən ilin noyabrından cari ilin aprelinədək Nyu-York şəhərində toplanan məlumatları analiz ediblər.

Yeni ştammın yoluxma sürətini, immunitetdən yayınma qabiliyyətini və ölümcüllüyünü müəyyənləşdirmək üçün riyazi model qurlub. 

Nəticədə məlum olub ki, digər ştammlarla müqayisədə “yota” variantı 45-64 yaşlı pasientlər arasında ölüm hallarını 46 faiz, 65-74 yaşlı insanlar arasında ölüm hallarını isə 82 faiz artırır. 

“Yota” ştammının yoluxma sürəti əvvəlki variantlardan 15-25 faiz çoxdur. Bununla yanaşı o, xəstəlikdən sağalan insanların 10 faizinin immunitetini dəf edə bilir. 

Qeyd edək ki, koronovirusun “yota” ştammı ilk dəfə 2020-ci ilin noyabrında Nyu-Yorkda aşkarlanıb. Sonradan bu ştamm 27 ölkəyə yayılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin