Açıq havada İŞLƏR davam edir – Əmək Məcəlləsinin tələbləri niyə POZULUR?

Hazırda oxunan: Açıq havada İŞLƏR davam edir – Əmək Məcəlləsinin tələbləri niyə POZULUR?

32161

Son günlər Bakıda, eləcə də Azərbaycanın əksər rayonlarında kəskin istilər müşahidə olunur. Rəsmi qurumların proqnozlarında hansı temperatur dərəcəsinin göstərilməsindən asılı olmayaraq, açıq hava altında hər kəs yüksək dərəcəni hiss edir. 

Bu cür havada yol infrastrukturunda, tikinti və digər sahələrdə işlər davam edir. Bəzən yüksək temperatur şəraitində çalışan işçilərin vəziyyətinin pisləşməsi kimi hallar baş verir və bu məlumatlar müəssisələrdən kənarda da yayılır.

Bəs, açıq havada işlər niyə dayandırılmır?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu tarixdən möhkəm istilər olacaq


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, havanın temperaturu 41 dərəcədən çox olduqda bir sıra işlər dayandırılmalıdır: 

“Əmək Məcəlləsində nəzərdə tutulur ki, havanın temperaturu bu dərəcəni keçdikdən sonra, iş yerində temperaturu süni şəkildə azaltmaq mümkün olmadıqda işlər dayandırılmalıdır. Lakin bəzi iş yerlərində işi dayandırmaq mümkün olmur. Bu zaman işəgötürənlər işçilərin sağlamlığına ziyan dəyməməsi üçün tədbirlər görməlidirlər. Bu tədbirlərə çətirlərin qurulması ilə süni kölgəliyin yaradılıması, işçilərin sərinləşdirici içki, xüsusi geyimlərlə təchiz edilməsi daxildir”.

Məcələnin tələblərinə necə riayyət edilməsi ilə bağlı sualımızı cavablandıran Sahib Məmmədov qeyd edib ki, bəzən qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlıqlarına da əməl etmirlər:

“Dövlət Əmək Müfəttişliyinin yoxlamaq status olmadığına görə, qanunvericiliyin tələblərinin necə yerinə yetirilməsinə nəzarət edə bilmir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin