Rəsmi Bakı Əlcəzairə başsağlığı verdi

Hazırda oxunan: Rəsmi Bakı Əlcəzairə başsağlığı verdi

32153

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN "Twitter"də paylaşım edib.

"Əlcəzairdəki meşə yanğınları və onun dağıdıcı nəticələri barədə xəbərlər bizi dərindən kədərləndirdi. Meşə yanğınlarının qurbanlarının ailələrinə başsağlığı verir və yaralıların hamısının tezliklə sağalmasını diləyirik. Bu çətin zamanda fikrimiz və dualarımız dost Əlcəzair xalqı ilədir", - deyə XİN bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Əlcəzair də alova qərq oldu - 4 nəfər öldü 


Qeyd edək ki, Əlcəzairin paytaxtından şərqdə Kabile regionundakı dağlıq ərazidə baş verən yanğın nəticəsində ən azı 42 nəfər ölüb. Onlardan 25-i sakinləri yanğından xilas etmək üçün çalışan əsgərlərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin