DİM-dən apellyasiya prosesi ilə bağlı abituriyentlərə MÜRACİƏT

Hazırda oxunan: DİM-dən apellyasiya prosesi ilə bağlı abituriyentlərə MÜRACİƏT

32105

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 27-28-də I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 avqust tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Bizim.Media bildirir ki, DİM-dən verilən məlumata görə, apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar.
 

MÖVZU İLƏ BAĞLI:

İmtahan suallarından NARAZILIQ – DİM-dən tələbələrə CAVAB


Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 11-13 avqust tarixlərində apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur.
 

Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.


Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

14-15 iyul tarixlərində II və ya III ixtisas qrupu üzrə imtahan vermiş və nəticələri ilə əlaqədar Apellyasiya Komissiyasına müraciət etmiş abituriyentlərin nəzərinə çatdırılıb ki, Komissiya artıq öz işini yekunlaşdırıb və nəticələrində dəyişiklik edilmiş şəxslərin səhifəsində müvafiq düzəlişlər öz əksini tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin