Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunacaq.
Bizim.Media xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak edəcək.
MÖVZU İLƏ BAĞLI:
Bakı Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO
Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvləriylə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün sabah saat 19.30-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaqlar.
Bizim.Media