"Özümüzü toplamağımız üçün önəmli fürsət idi, amma bu iş bitməyib" - Hande Harmancı 

Hazırda oxunan: "Özümüzü toplamağımız üçün önəmli fürsət idi, amma bu iş bitməyib" - Hande Harmancı 

32095

“Pandemiya pis şeydir, amma onunla mübarizə aparan ölkələr öz çatışmazlıqlarını və qüvvətləndirə biləcəkləri yerləri gördülər”.

Bizim.Media xəbər verir ki, bunu REAL-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki, həm infrastruktur, həm innovasiya olaraq inkişaf olub:
 

MÖVZU İLƏ BAĞLI:

“Vaksinləri tətbiq edən ölkələrin 90 faizi zəngindir” - Hande Harmancı


“İnanıram ki, bundan sonrakı 10-15-20 il sonra biz buradan öyrəndiklərimizlə dünyada çox böyük addımlar atacağıq”.

H.Harmancı yoluxma sayının artması tendensiyasından da söz açıb:

“Yumşaldılmalar başlayan zaman rəqəmlərin artacağını gözləyirdik. Bu, bütün dünyada belə oldu. Ümumdünya Səhiyyə Təşkilatı bunun məlumat bazasını toplayır.

Nə qədər çox sərt tədbir görsəniz, yoluxma o qədər azalır. Nə qədər çox yumşaltsanız, o qədər artır. Bu, pandemiya bitmədi, sonunu görmədik deməkdir.

Amma təzyiqlərlə də mümkün deyil. Bunun iqtisadi, sosial, psixoloji çərçivələri var. Havalar gözəlləşdi, insanlar açıq məkanlara çıxdı. Ona görə Azərbaycan hökuməti də daxil olmaqla, hökumətlər tədbirləri yumşaltdı.

Bu, özümüzü toplamağımız üçün önəmli fürsət idi. Amma bu iş bitməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin