Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) batan 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun axtarışları başa çatıb.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, O.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
48 yaşlı kişi su kanalında boğuldu
Bizim.Media FHN-in saytına istinadla xəbər verir ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.
Bizim.Media