Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Mövqelərimiz atəşə tutuldu - RƏSMİ
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bizim.Media