“ZOMBİ XİYARI” - Pentaqonun məxfi sənədi və GƏZƏN ÖLÜLƏR

Hazırda oxunan: “ZOMBİ XİYARI” - Pentaqonun məxfi sənədi və GƏZƏN ÖLÜLƏR

32057

Pentaqonun məxfi sənədlərindən biri Amerika jurnalının əlinə keçib. Nəşr iddia edir ki, ABŞ ordusu zombilərin hücumuna hazırlaşır. 

Bizim.Media xəbər verir ki, həmin dərgi canlı ölülərin qəfil hücumuna qarşı müdafiə planın hazırlandığını yazıb. Planın adı isə “CONOP 8888”dir.
 

MÖVZU İLƏ BAĞLI:

Sintetik uyuşdurucular hansı BÖLGƏLƏRDƏ istehsal olunur? - HƏYƏCAN TƏBİLİ
 


Sənəddə zombilərin hücumu zamanı güc strukturlarının insanları necə müdafiə etməsi yer alıb. 

Qeyd edək ki, Haitidə insanarı zombiyə çevirməyi qadağan edən qanun da var. Burada söhbət müxtəlif şamanlıq yolları ilə ölmüş insanı diriltməkdən gedir.

XVI əsrdə Haitiyə Afrikadan qullar gətirilib və həmin vaxt adada cadugərlik yaranıb. Bu cadu növü afrikalı inanclarla katolik ayinlərin məcmusudur. Bununla da maqiya yolu ilə ölmüş insanların dirildilməsinə inam yarandı. XX əsrin əvvəllərində Haitidə olan amerikan Uilyam Sibruk qayıtdıqdan sonra 1929-cu ildə “Maqiya adası” kitabını çapdan çıxarır. Kitabda qullarına duz və ət verməyi qadağan edən fermerdən bəhs olunur. Guya onun həyat yoldaşı bir dəfə kölələrin çörəyinə duz yaxır və onlar ölü olduqlarını dadla anlayıb üsyan qaldırırlar. Kəndə hücum çəkərək oradakı günahsız insanları öldürürlər. Kitab Sibruka populyarlıq qazandırır. 
Cadugərliyin ən qorxunc növlərindən biri bokorların gördüyü işdir. Onlar ölüləri zombiyə çevirir. Onların arasında yaxşılıq üçün çalışan xunqanlar da var.

Cadunun bu metodu həm də biznes növüdür. Yoxsa Haitidə indiyədək zombiyə inanmazdılar. 

1957-ci ildə Haiti hökumətinin başına keçən Fransua Dyuvalye də cadugər, ölülərin başçısı kimi tanınırdı. Onun ordusunun döyüşçüləri özlərini zombiyə oxşadırdılar ki, bu yolla insanları terrora məruz qoymaq onlar üçün asanlaşırdı. Çünki hamı qorxurdu. 

1982-ci ildə etnobotanik Ueyd Devis Haitidə olur və öyrənir ki, yerli cadugərlər balıqlardan birindən insanlarda klinik ölüm yarada bilən zəhəri (tetrodotoksin) çıxarırlar. Tetrodoksin beyinin neyronlarına təsir göstərir ki, qəbuldan sonra yaddaş pozğunluğu yaranır. Dəfndən sonra şaman ölünü məzarlıqdan qaçırır və reanimasiyaya start verir. Cadugərlər bu prosesi durman (zəhərli) bitkisi vasitəsilə reallaşdırırlar. Haitidə ona “zombi xiyarı” deyirlər. Bu bitki tetrodotoksinin təsirini neytrallaşdırır.

Yəni, durmanın köməyi ilə klinik ölümə səbəb olan tetrodotoksinin təsiri itir və insan narkotik təsiri altında olur. Bu vəziyyətdə isə gözlərini açan adamlar zombiyə bənzəyirlər. 

Təkcə Kolumbiyada hər il “zombi xiyarı” ilə 1200 cinayət törədilir. Həminin bitkinin təsirində olanlar öz bank hesabları, evlərini cinayətkarların adına keçirirlər. Bu narkotikin təsiri altında doğmalarını köləliyə verənlər də olur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin