“Patı” satanlarla bağlı dəhşətli iddia ortaya çıxıb. Söyləntilərə görə "patı" satanlar parkda tək əyləşib hava almaq istəyən yaşlı insanlara yaxınlaşaraq "yaxşı sakitləşdirici dərmandır" deyə təklif edirlər.
Bizim.Media xəbər verir ki, bu iddia ilə "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin rəhbəri Nailə İsmayılova “Facebook” hesabında çıxış edib:
“Birinci dəfə "dərmanı" pulsuz, növbəti dəfə isə guya "yaxşı təsirini" görən yaşlı adama pul qaşılığında təklif edirlər”, deyə QHT sədri statusunda bildirib.
MÖVZU İLƏ BAĞLI:
Sintetik uyuşdurucular hansı BÖLGƏLƏRDƏ istehsal olunur? - HƏYƏCAN TƏBİLİ
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlərdə davam etdirilir:
“Daxil olan bütün müraciətlərə həssas yanaşılır və verilən hər bir informasiya yoxlanılır. Konkret olaraq Nailə İsmayılovanın hər hansı faktla bağlı məlumatı varsa, bizə müraciət edə bilər və müvafiq tədbirlərin görülməsi təmin oluna bilər. Heç bir halda polis daxil olan mürciətlərə, səsləndirilən fikirlərə etinasız yanaşmır”.
Alçina Amilqızı, Bizim.Media