Qaribaşvili Marneulinin azərbaycanlı mer namizədi ictimaiyyətə təqdim etdi - FOTO

Hazırda oxunan: Qaribaşvili Marneulinin azərbaycanlı mer namizədi ictimaiyyətə təqdim etdi - FOTO

32017

Marneulidə "Gürcü Arzusu" partiyasının mer namizədinin və bələdiyyə deputatlarının təqdimatı baş tutub.

Bizim.Media xəbər verir ki, təqdimat mərasimində Baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Kaxa Kuçava, Kvemo Kartli Qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxışını Azərbaycan dilində salamlamaqla başlayan baş nazir İrakli Qaribaşvili, regionda görülən bir sıra sosial və iqdisadi layihələr barədə danışıb. Daha sonra Qaribaşvili Marneuli merliyinə namizəd olaraq Kənan Ömərovu ictimaiyyətə təqdim edib.

Sonra Kənan Ömərov kürsüyə çıxaraq, ictimaiyyəti salamlayıb və "Gürcü Arzusu" partiyasına ona göstərilən etimada görə, baş nazir və bütün partiya üzvlərinə öz təşəkkürünü bildirib.

Kənan Ömərov bölgədəki bütün problemlərdən məlumatlı olduğunu və daima əhali ilə sıx kontaktda olduğunu bildirərək mer seçildiyi təqdirdə mövcud resurslardan istifadə edərək əhalinin problemlərinin həllinə çalışacağını bildirib.

Qeyd edək ki, görüşdə mer namizədi ilə birlikdə Marneuli sakrebolosu üzrə majoritar namizədlər də təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin