Qərb bölgəsində turizm niyə zəifdir? - SƏBƏBLƏR

Hazırda oxunan: Qərb bölgəsində turizm niyə zəifdir? - SƏBƏBLƏR

32008

Gözəl havası, təbiəti ilə seçilən Azərbaycanın Qərb rayonları turizmin inkişafı baxımından digər bölgələrdən geri qalır. 

Bu istiqmətdə Şimal rayonlarımızın liderlik qazandığını demək olar.  

Bəs görəsən Qərb rayonlarımızda turizm niyə inkişaf etmir? 
 

MÖVZU İLƏ BAĞLI:

MƏNZİL BAZARI: Açıq bazar güzəştli təkliflərdən nə qədər fərqlənir?


Turizm üzrə ekspert Ceyhun Aşurov Bizim.Media-ya açıqlamasında bildirib ki, Qərb bölgəsində turizmin inkişafına əngəl olan bir neçə səbəb var: 

“Gəncə, Bərdə, Tərtər, Gədəbəy, eləcə də Şəki, Zaqatala bölgəsinin turizm poensialı genişdir. Çüki bu bölgə təbiətinə, havasına, mətbəxinə görə fərqlənən bir bölgədir. Lakin bu rayonlarda turizmin inkişafına əngəl olan səbəblərdən biri onların paytaxtdan nisbətən uzaq olmasıdır”.

Ekspertin sözlərinə görə, bu bögədə turizm infrastrukturunun zəif olması da inkişafın qarşısını alır: 

“Turistlər daha çox seçim imkanı olan yerlərə üstünlük verirlər. Otellərin, restoranların sayının çox olması burada əsas məsələlərdən biridir. Əslində bu bölgəyə turistlər gedirlər, amma qalmaq üçün infrastrukturu daha yaxşı olan bölgələrə üz tuturlar. Məsələn Naftalanda qalan turistlər həftəsonlarında Göygöl, Gəncəyə səfərlər edirlər. Zaqatala, Balakən və Şəkiyə üz tutanlar daha çox qalmaq üçün Şəkiyə gedirlər. Zaqatala və Balakəndə bu infrastruktur zəifdir, həmin rayonlarda barmaqla sayılacaq qədər otellər var”.

Ceyhun Aşurov bidirib ki, Azərbaycan coğrafiyasının hər bir tərəfiində turizm mərkəzlərinin çox olması arzuolunandır: 

“Turistlərin diqqətini cəlb etmək üçün infrastruktur layihələri hazırlana bilər. Nəqliyyatın rahatlığı, qalmaq üçün şərait və turistləri əyləndirəcək məkanların yaradılması burada önəm kəsb edir”.

Mütəxəssisin fikrincə, Qərb bölgəsinin potensialı burada həm də təşkilatlanmış ekoturizm, dağ, kənd, sağlıq, dərketmə (tarixi abidələriin ziyarəti) turizmlərinin inkişaf etdirilməsinə imkan verir.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin