Azərbaycanda dünən neçə nəfər toya buraxılmayıb?

Hazırda oxunan: Azərbaycanda dünən neçə nəfər toya buraxılmayıb?

31980

Avqustun 9-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 290 toy şənliyinin monitorinqini həyata keçirib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı DİN-in mətbuat xidməti yayıb.

Mənbə yazır ki, monitorinq 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: 

- 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib; 

- 2217 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin