Lionel Messinin “Barselona”dan getməsi Barselona markasının dəyərini 10%-dən çox və ya 137 milyon avro azalda bilər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Mark Finance” agentliyi yayıb.
Mənbə yazır ki, indi komandanın markası 1 milyard 26 milyon avro olaraq qiymətləndirilir və yalnız “Real Madrid”ə 10 milyon avro uduzur.
Messinin gedişi marka dəyərinin bütün aspektlərinə təsir edəcək: reklam müqavilələri, azarkeşlər üçün köynək və digər malların satışı, həmçinin stadion ziyarətlərindən və matç baxışlarından əldə olunan gəlir. Üstəlik, klubun azarkeş kütləsinin özü də kiçilə bilər.
Qeyd edək ki, Messinin “İnstaqram”da 245 milyon izləyicisi var ki, bu da "Barselona"nın rəsmi kanalından təxminən iki dəfə çoxdur.
Əlbəttə ki, "Barselona"da bir çox ulduz oyunçu var, amma Leo olmadan oyuna köklənməlidirlər.
Qeyd edək ki, son mətbuat konfransında Messi hadisələrin belə inkişafına hazır olmadığını söyləyib. Keçən il komandada qalmaq istəməsə də sonunda fikrindən daşınıb. Bu il isə qalmaq istəyib, amma İspaniya La Liqasının qaydaları buna icazə verməyib (oyunçuların maaşlarında limit var).
Bizim.Media
- A-
- A
- A+
İdman
10:02 / 10.08.2021
Barsanın Messiyə görə xəsisliyi başına bəla oldu - 137 milyon avro itirəcək
Hazırda oxunan: Barsanın Messiyə görə xəsisliyi başına bəla oldu - 137 milyon avro itirəcək
Hazırda oxunan: Barsanın Messiyə görə xəsisliyi başına bəla oldu - 137 milyon avro itirəcək
31979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.