Qızıl yenidən "ölüm qovşağında" - FOTO

Hazırda oxunan: Qızıl yenidən "ölüm qovşağında" - FOTO

31977

ABŞ-da məşğulluq məlumatının güclü bir iqtisadi inkişafa işarə etməsilə əlaqədar olaraq qızıl ucuzlaşır. ABŞ-da iqtisadi inkişafın sürətlənməsi Fed-in qiymətli kağız (aktiv) alışı proqramını gözləniləndən daha erkən azaltmasına səbəb ola bilər, bu da qızılın daha da ucuzlaşması demək olacaqdır.

Bizim.Media xəbər verir ki, unsiya qızılın 50 günlük orta qiyməti 200 günlük orta qiymətindən aşağı düşüb.

Bu da qızılın qiymətinin ucuzlaşma meylinə girdiyinin bir işarəsi olaraq şərh olunur. 50 günlük orta qiymətin 200 günlük orta qiymət ilə kəsişməsi ( Bu kəsişmə "ölüm qovşağı" olaraq xarakterizə edilir ) sonuncu dəfə Fevral ayında reallaşdığında qızıl 8% ətrafında dəyər itirmişdi. 

Qızıl, Fed-in aktiv alış proqramını gözləniləndən daha erkən azaltmağa başlayacağına dair narahatlıqlar ilə 1734 dollaradək düşüb (Bakı vaxtı ilə saat 09:10-a olan məlumat).  

Ötən cümə günü kənd təsərrüfatı xarici məşğulluq məlumatının proqnozu üstələməsilə unsiya qızılın qiyməti 7%-dən çox düşdü.

Fed-in Dallas şöbəsinin sədri Robert Kaplan, Fed-in aktiv alışını azaltmağa daha erkən və mərhələli bir şəkildə başlaması lazım olduğunu deyib. Fed-in Atlanta şöbəsinin sədri Raphael Bostic də məşğulluq məlumatlarının daha bir iki ay belə güclü olarsa mərkəzi bankın aktiv alışını azaltmağa başlaması lazım olduğunu bildirib.

Fed, məşğulluq bazarının aktiv (qiymətli kağız) alışını azaltmaq qərarına təsir edəcək ana faktorlardan biri olacağını vurğulanmışdı.

Dolların ən çox əməliyyat olunduğu pul vahidlərinə qarşı performansını ölçən Bloomberg Dollar Spot İndeksi də 1142 səviyyəsindən 1149 səviyyəsinə yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin