Bayden Yaponiyanın Baş naziri ilə telefonla danışdı

Hazırda oxunan: Bayden Yaponiyanın Baş naziri ilə telefonla danışdı

31959

Avqustun 10-da Yaponiyanın Baş naziri Yoşihide Suqa ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Bizim.Media Kyodo agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Tokio Yay Olimpiya Oyunlarının uğurlu təşkili münasibətilə Yaponiya hökumətinin başçısını təbrik edib.

Telefon danışığından sonra Y.Suqa jurnalistlərə deyib ki, ABŞ Prezidentinə Tokioda Yay Paralimpiya Oyunlarını da təhlükəsiz fotmatda keçirmək niyyətində olduğunu deyib və bunun üçün C.Baydeni əməkdaşlığa çağırıb.

Bununla yanaşı, danışıqlar zamanı tərəflərin azad və açıq Hind-Sakit okeanı regionu konsepsiyasının həyata keçirilməsi üçün sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəldikləri də qeyd edilir.

Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları iyulun 23-də avqustun 8-dək keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin