İqlim dəyişməsi planetin bütün bölgələrində müşahidə olunur, bu proses getdikcə daha da intensivləşir, yaranan tendensiyalardan bəziləri isə bu mərhələdə artıq geri dönməzdir.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin İqlim üzrə Hökumətlərarası ekspertlər qrupunun hesabatında qeyd olunub.
Dünyanın 66 ölkəsindən olan 234 ekspert hesab edir ki, bəşəriyyət iqlim dəyişməsinin miqyasını məhdudlaşdırmaq gücünə malikdir. Atmosferə atılan zərərli tullantıları, o cümlədən istixana qazlarını əhəmiyyətli dərəcədə azaldaraq, qısa müddətdə havanın keyfiyyətini yaxşılaşdırmaq və qlobal temperaturu sabitləşdirmək olar.
MÖVZU İLƏ BAĞLI:
''İqlim istiləşməsi baş verir'' - Xidmət rəisi
BMT-nin Baş katibi Antonio Quterreş qeyd edib ki, noyabr ayında Qlazqoda keçiriləcək iqlim konfransı ərəfəsində bütün ölkələr, xüsusən G20-yə daxil olan ölkələr, “sıfır emissiya” koalisiyasına qoşulmaq da daxil olmaqla, iqlim dəyişməsi ilə mübarizəyə sadiq olduqlarını bir daha təsdiq etməlidirlər.
Hesabatda göstərildiyi kimi, insan fəaliyyətinin nəticəsində istixana qazı tullantıları, 1850-1900-cü illərdə qlobal iqlimin selsi şkalası ilə təxminən 1,1 dərəcə istiləşməsinin əsas səbəbi olub.
Bu səviyyənin önümüzdəki 20 ildə orta hesabla 1,5 dərəcəyə çatacağı və ya onu keçəcəyi gözlənilir.
Bizim.Media