Azərbaycan Qolf Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Qolf Federasiyası ilə bağlı məlumatlar paylaşıb.
Moderator.az xəbər
verir ki, o,"facebook" səhifəsində federasiya və gələcəkdəki iş
planları haqda məlumat yazıb:
"Æziz
dostlar, bildiyiniz kimi, bir müddət əvvəl Azərbaycanda mənim rəhbərlik etdiyim
Azərbaycan Qolf Federasiyası yaradılıb.
Sizləri Azərbaycan
üçün tamamilə yeni bir idman növü sahəsində fəaliyyət göstərən Qolf
Federasiyasının fəaliyyəti haqqında məlumatlandırmaq üçün tərəfimizdən qurumun
işi ilə bağlı qısa informasiya və şəkillər hazırlanıb.
Azərbaycan Qolf
Federasiyası haqqında maraqlı faktları sizlərə təqdim edirəm.
- 2012-ci ilin
yanvarında təsis olunub
- 2012-ci ilin
oktyabr ayında Avropa Qolf Federasiyasının üzvü seçilib
- 2013-cü ilin
yanvar ayında Beynəlxalq Qolf Federasiyasının üzvü seçilib
- 2012-ci ilin
martında Qubada 18 dəlikli qolf meydançasının tikintisinə start verilib
- 2013-cü ilin
yanvarında Baku mini-qolf Akademiyasının tikintisi başlayıb
- 2014-cü ildə
Qolf üzrə Azərbaycanın ilk həvəskar çempionatı keçiriləcək
- 2014-cü ildə
Azərbaycanda Beynəlxalq Qolf tədbiri keçiriləcək.






























































































