Şuşada idarəetmə ilə bağlı yeni sistem yaradılır - VİDEO 

Hazırda oxunan: Şuşada idarəetmə ilə bağlı yeni sistem yaradılır - VİDEO 

31858

Bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınan “Təmiz Şəhər” ASC-yə yeni və çox vacib missiya tapşırılıb. Prezident İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.

Bizim.Media ASC-nin feysbuk səhifəsinə istinadla xəbər verir ki, Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə artıq başlanılıb.

İlkin mərhələdə şəhər ərazisində təmizlik işlərinin aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub, küçələrdə atılmış, yararsız nəqliyyat vasitələri kənarlaşdırılıb, hərbi hissələrin və müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilib.

Tullantıların yerləşdirilməsi üçün 200 ədəd xüsusi konteyner gətirilərək quraşdırılıb. İşğal altında olduğu zaman dağıdılan və tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən davam etdirilir.

İllərdir bu ərazilərdə hökm sürən ekoloji terrorun fəsadlarını aradan qaldıraraq Şuşanı şəhərlərin ən təmizi etmək məqsədini qarşısına qoyan “Təmiz Şəhər” ASC üzərinə düşən vacib missiyanı ən qısa zamanda yerinə yetirməyi planlaşdırır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin