Telegram mesengerinin yaradıcısı Pavel Durov “İphone” haqqında maraqlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, bu barədə rəsmi “Telegram” səhifəsində yazıb. Durov Stiv Cobsun ölümündən 9 il sonra şirkətin hələ də heç bir əhəmiyyətli yenilik nümayiş etdirmədən, indiyə qədər yaratdığı texnologiya və nüfuz hesabına mövcud olduğunu söyləyib.
“Telegram”ın qurucusu, 7-10 ildən sonra “iPhone” səhmlərinin dünya bazarındakı payının azalacağını proqnozlaşdırıb.
“Bu ilin əvvəlində “İphone” satışlarının 21 % azalması təcüblü deyil. Bu tendensiya davam edərsə, 7-10 ilə şirkətin bazar payı əhəmiyyətsiz olacaq ",- deyə, o, qeyd edib.
Bundan başqa Durov yeni “iPhone 12 Pro”modelini sınadığını və bu smartfonun istifadəsindən narazı qaldığını da yazıb.
Eyni zamanda, o, yeni telefonun kamerasını 2012-ci ilin “Beşinci iPhone” modeli ilə müqayisə etdiyini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:15 / 21.11.2020
“Telegram”ın qurucusu “İphone”dan narazıdır
Hazırda oxunan: “Telegram”ın qurucusu “İphone”dan narazıdır
Hazırda oxunan: “Telegram”ın qurucusu “İphone”dan narazıdır
3182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.