“Erməni milləti xəstədir, yaxşı həkimə ehtiyacımız var” – Nerses Şadunts

Hazırda oxunan: “Erməni milləti xəstədir, yaxşı həkimə ehtiyacımız var” – Nerses Şadunts

31812

Zəngəzur mahalının (Sünik vilayəti) sərhəd kəndlərində vəziyyət sakitdir, kəndlilər kənd təsərrüfatı işləri ilə məşğuldurlar. 

Bizim.Media xəbər verir ki, bu fikirləri vilayətin Tex icmasının rəhbəri Nerses Şadunts news.am saytına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, ərazidə bəzən atəş açılır, ancaq heç bir insident baş vermir.

"Payızın sonunadək ot biçəcəyik, sonra torpaq əkib taxıl səpəcəyik. Dünən Xoznavarda, bu gün isə Vagaturada kənd təsərrüfatı texnikası paylandı. Hər kəs öz işi ilə məşğuldur və bundan sonra nə olacağını deyə bilmərəm”, deyə Şadunts bildirib.

İcma rəhbərinin fikrincə, kəndlilər artıq ərazilərin sərhəddə yerləşdiyinə öyrəşiblər.

"Kimsə mənzilimizə və ya torpağımıza girib hər şeyin ona aid olduğunu desə, buna dözməyəcəyik? O zaman susmağımızın səbəbi nədir? Vətənpərvərliyimiz hara getdi? Bütün xalq olaraq xəstəyik, ayağa qalxmaq və sıfırdan başlamaq üçün yaxşı həkimə ehtiyacımız var”, deyə o, əlavə edib.

Başqa bölgələrdə olduğu kimi istefasının tələb edilib-edilmədiyini soruşduqda, Şadunts ona heç nə deyilmədiyini vurğulayıb:

"Gecə postdayıq, gündüz işləyirik, istefamızı tələb etməlidirlərmi?".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin