Fransa Senatı gələn həftə Dağlıq Qarabağın “müstəqilliyini” tanımağa çağıran “qətnamə” layihəsini müzakirəyə çıxaracaq.
Bu layihəni doğuran səbəbləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə etdik.
Politoloq deyir ki, “Bunlara elə gəlir ki, müharibədə Azərbaycan ordusundan başqa Fransanın bütün rəbiqləri iştirak edib”.Ekspert qətnamə layihəsinin müəlliflərindən birinin “respublikaçılar” fraksiyasının nümayəndəsi Bruno Retayo olduğunu bildirib:
“Brunu Retayo deyib ki, "tanınma Türk İslamçı ekspansionizmi qarşısında Dağlıq Qarabağdakı ermənilərin hüquq və azadlıqlarına etibarlı zəmanət verə bilər”.
“Qətnamənin” müəllifi daha sonra müsahibə verərək Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan haqqında təhqiramiz fikirlər söyləyib”.
E.Şahinoğlu hesab edir ki, belə bir ölkənin həmsədrliyi davam etdirməsi absuddur.
Politoloqun qənaətincə, bütün bunları nəzərə alaraq, biz müşahidəçi olmamalıyıq, Fransaya və bu ölkənin təxribatçı siyasətini davam etdirmək istəyən ölkə və siyasi mərkəzlərə bu mesajı ünvanlamalıyıq:
“Sizin “qətnamələr” bölgədə kövrək sülhə zərbə vuracaq və yenidən müharibə riskini artıracaq”. Yəni onlara anlatmalıyıq ki, “qətnamələriniz” erməniləri qorumaq əvəzinə onların problemlərini artıracaq”.
Ağanisə Sultan, Bizim Media
- A-
- A
- A+
Siyasət
10:35 / 21.11.2020
Elxan Şahinoğlu: “Fransanın həmsədrliyi davam etdirməsi absurddur”
Hazırda oxunan: Elxan Şahinoğlu: “Fransanın həmsədrliyi davam etdirməsi absurddur”
Hazırda oxunan: Elxan Şahinoğlu: “Fransanın həmsədrliyi davam etdirməsi absurddur”
3176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.