Ermənistan növbəti dəfə Naxçıvanı ATƏŞƏ TUTUB - RƏSMİ 

Hazırda oxunan: Ermənistan növbəti dəfə Naxçıvanı ATƏŞƏ TUTUB - RƏSMİ 

31732

Ermənistan silahlı qüvvələri növbəti dəfə Naxçıvanı atəşə tutublar. 

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu gün 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin