Trampdan koronavirus AÇIQLAMASI – “Labaratoriyada yarandığını deyəndə haqlı idim”

Hazırda oxunan: Trampdan koronavirus AÇIQLAMASI – “Labaratoriyada yarandığını deyəndə haqlı idim”

31702

ABŞ -ın keçmiş prezidenti Donald Tramp yeni koronavirusun laboratoriya mənşəli olması ilə bağlı haqlı olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, keçmiş Amerika lideri fikirlərini “Fox News”-a bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Baydenin oğlunu lağa qoydu – SƏBƏB


"Çin virusu adlandırıram, çünki oradan yayılmağa başladı. Laboratoriyada ortaya çıxdı. Daha əvvəl də demişdim ki, bu virus laboratoriyada üzə çıxıb. Amma indi hamı bunu təsdiqləyir. Mən haqlı idim"- deyə eks-prezident bildirib. 

Onun sözlərinə görə, “Twitter” də daxil olmaqla sosial şəbəkələrin rəhbərliyi, koronavirusla bağlı təsdiqlənməmiş məlumatları, o cümlədən laboratoriya mənşəli olması nəzəriyyəsini yayımlayan insanları aktiv şəkildə blok edib. "Tamamilə dəhşətlidir" deyə Tramp əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin