İtaliyanın keçmiş Baş naziri Cüzeppe Konte ölkənin ən böyük partiyalarından biri olan “Beş ulduz hərəkatı”nın sədri seçilib.
Bizim.Media xəbər verir ki, partiyanın 67064 səsvermə hüquqlu nümayəndəsindən 92 faizi ixtisasca hüquqşünas olan 56 yaşlı siyasətçinin lehinə səs verib.
Bitərəf C.Konte 2018-ci ilin iyun ayından 2021-ci ilin fevral ayına kimi İtaliyada hökumətə başçılıq edib və onun siyasi kursu əsasən “Beş ulduz hərəkatı“ tərəfindən dəstəklənib.
Hökumətdə yaranmış böhrandan sonra istefa verməyə məcbur olan C.Kontenin ardınca Avropa Mərkəzi Bankının keçmiş direktoru Mario Draqi yeni hökuməti formalaşdırıb.
Seçkidən sonra partiya nümayəndələri qarşısında çıxış edən C.Konte ona göstərilmiş etimadı tam qüvvəsi ilə doğrultmağa çalışacağını bildirib və partiya silahdaşlarını qarşıda duran “böyük macəranı” birgə yaşayıb yaratmağa çağırıb.
Qeyd edilməlidir ki, 2018-ci il parlament seçkilərində ən çox səs yığan “Beş ulduz hərəkatı”nın 2020-ci ildən bəri faktiki olaraq sədri yox idi. Partiya sədri və hazırki xarici işlər naziri Luici Di Mayo partiya rəhbərliyindən getdikdən sonra müvəqqəti idarəçiliyi Vito Krimi həyata keçirirdi. Partiya mənsubları rəhbərlik məsələsini hələ həftələr öncə nizamlamaq istəsələr də, partiyanın təsisçisi Beppe Qrillo və C.Konte arasındakı fikir ayrılığı seçkiləri ləngidirdi.
B. Qrillo C.Konteni ciddi siyasi proqram və amala sahib olmamaqda tənqid edirdi.
Formalaşmış siyasi isteblişment və ümumavropa mövzularına qarşı populist mövqeyi ilə tanınan partiya hazırda Mario Draqi hökumətində dörd nazirlə təmsil olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:15 / 07.08.2021
İtaliyanın keçmiş Baş naziri “Beş ulduz hərəkatı”nın sədri seçildi
Hazırda oxunan: İtaliyanın keçmiş Baş naziri “Beş ulduz hərəkatı”nın sədri seçildi
Hazırda oxunan: İtaliyanın keçmiş Baş naziri “Beş ulduz hərəkatı”nın sədri seçildi
31605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.