“Vaxt itirməyin” - Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Hazırda oxunan: “Vaxt itirməyin” - Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

31588

Səhiyyə Nazirliyi vətəndaşlara koronavirus əleyhinə peyvənd olunmaq üçün çağırış edib. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov bildirib.

Şöbə müdirinin sözlərinə görə, peyvənd olunan insanların müəyyən qismi virusa yoluxa bilərlər, amma xəstəliyi yüngül keçirəcəkləri artıq dünyada aparılan tədqiqatlarla sübuta yetirilib:

“Elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyətində çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır. Buna görə də Səhiyyə Nazirliyi vətəndaşlardan vaxt itirmədən vaksin olunmalarını xahiş edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin