"Qorbaçov həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün Qarabağ münaqişəsində eyni məsuliyyət daşıyır. Amma Cənubi Qafqazı, ardınca SSRİ-ni partladan əsas detonator erməni millətçiliyidir".
Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı politoloq İqor Korotçenko özünün "Facebook" hesabında yazıb.
Onun fikrincə, ermənilərin Azərbaycana qarşı ideoloji ərazi iddiaları Zori Balayanın "Ocaq" kitabı ilə sənədləşdirilib:
"Təəssüf ki, bu kitab sovet erməniləri arasında geniş yayıldı və sonrakı "Qarabağ" komitəsi, "Krunk" birliyinin yaranmasına səbəb oldu.
1986-cı ildən etibarən "Daşnaksütyun" və "ASALA" kanalları ilə Ermənistana Yaxın Şərqdən silahlar ötürülməyə başladı. Yüzbaşyanın başçılığı ilə Ermənistanın dövlət təhlükəsizlik komitəsi bütün bunlara göz yumur, açıq danışsaq, mane olmurdu. SSRİ DTK-nın göstərişinə rəğmən məhz Ermənistan DTK-sı 1990-cı ildə Sovet İttifaqına irland pasportu ilə gələn beynəlxalq terrorçu Monte Melkonyanı həbs etmədi.
Terrorçu hökumətin nəzarətinə götürülərək silahlı birləşmələrlə Qarabağın dağlıq hissəsinə göndərildi".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:25 / 07.08.2021
Qorbaçov, Yüzbaşyan, Melkonyanın Qarabağ cinayətləri - Korotçenkodan ARXİV FAKTLARI
Hazırda oxunan: Qorbaçov, Yüzbaşyan, Melkonyanın Qarabağ cinayətləri - Korotçenkodan ARXİV FAKTLARI
Hazırda oxunan: Qorbaçov, Yüzbaşyan, Melkonyanın Qarabağ cinayətləri - Korotçenkodan ARXİV FAKTLARI
31576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.