“Yeni yol Laçın dəhlizinə alternativ deyil” - AÇIQLAMA

Hazırda oxunan: “Yeni yol Laçın dəhlizinə alternativ deyil” - AÇIQLAMA

31529

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov işğaldan azad olunmuş Laçın şəhərinə daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə başlanıldığını bildirib.

Bizim.Media xəbər verir ki, rəis müavini deyib ki, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq:

"Biz rahat hərəkətin təmin edilməsi üçün Laçın şəhərinə daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq".

Bəzi media orqanlarında və sosial şəbəkələrdə bu yolun Laçın dəhlizinə alternativ olaraq çəkilməsi barədə təhriflərə yol verilib. Hazırda inşasına başlanılan yol Laçın dəhlizinə alternativ deyil:

“Həmin yolun bir hissəsi elə Laçın dəhlizindən keçir. Başqa sözlə, Laçın şəhərinə daxil olmadan rahat hərəkəti təmin etmək məqsədi ilə əlavə 23 kilometrlik yol inşa edilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin