2 nəfəri yaralayan və bir nəfəri öldürən şəxs tutuldu

Hazırda oxunan: 2 nəfəri yaralayan və bir nəfəri öldürən şəxs tutuldu

31502

Gürcüstanın Şida Kartli Polis İdarəsinin əməkdaşları 1995-ci il təvəllüdlü L.X-nı səsdən adam öldürmə ittihamı ilə həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, istintaqla müəyyən olunub ki, içkili vəziyyətdə olan təqsirləndirilən L.X. avqustun 6 -da Kaspi Bələdiyyəsində mübahisə zəminində 3 nəfəri soyuq silahla yaralayıb və hadisə yerindən qaçıb. 

Təcili yardım xidməti hər üç yaralını xəstəxanaya çatdırsa da, lakin onlardan biri 1971-ci il təvəllüdlü G.G-nın həyatını xilas etmək mükün olmayıb.

Cinayət hadisəsi ilə bağlı qəsdən adam öldürmə faktı üzrə Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladılıb, araşdırma davam etdirlir.

Qeyd edək ki, saxlanılan şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin