Erməni diasporunun maliyyə trafiki – Pullar kimin CİBİNƏ AXIR?

Hazırda oxunan: Erməni diasporunun maliyyə trafiki – Pullar kimin CİBİNƏ AXIR?

31494

Ermənistan mətbuatında yayılan xəbərlərdə xaricdə yaşayan ermənilərin “Hayastan” fondunu Qarabağda ermənilər üçün evlər tikmək və lazımi infrastruktur yaradılması üçün 60 milyon dollar həcmində vəsait ayıracağı qeyd olunur. Belə ki, sözügedən məbləğlə Hadrut və Şuşadan qaçan ermənilərə Rusiya sülhməramlılarının nəzarətində olan bölgələrdə yerləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Hayastan” fondu 1992-ci ildə 19 ölkədə yaşayan erməni diasporu üzvləri tərəfindən qurulub.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”


Vəqfin əsas qayəsi isə Ermənistana ayrılan maliyyə yardımlarını koordinasiya etməkdir. Ümumilikdə isə, sözügedən fondun 30 illik fəaliyyəti dövründə Qarabağda yaşayan ermənilərə daha çox diqqət yetirdiyi nəzərə çarpıb. 

Lakin “Hayastan” ətrafındakı söz-söhbətlər və edilən yardımların mənimsənilməsi ilə bağlı informasiyalara da mətbuatda tez-tez rast gəlinib. Xüsusilə də, keçmiş Qondarma Dağlıq Qarabağın liderlərinin edilən yardımların arxasına keçdiyi və Robert Köçəryan, Serj Sarkisyan kimi “mafyoz”ların sərvətlərinin böyük hissəsini məhz “Hayastan”a borclu olduğu ilə bağlı da yetərli dəlillər mövcuddur. 

Amma “Qarabağ klanı”nından fərqli olaraq Nikol Paşinyanla fond arasında münasibətlər heç də uğurlu olmayıb.

Belə ki, Nikol diaspordan onlara ianə göndərilməsini yox, ölkənin inkişafı üçün lazımi infrastrukturun qurulmasına dəstək göstərilməsini tələb edib. Daha sonra isə, 44 günlük savaşda məğlubiyyət diaspor ilə Paşinyanın arasını bir qədər də açıb. Bu isə yardımların bir müddətdir kəsilməsinə səbəb olmuşdu.

Keçmişdə baş verənlərə baxmayaraq, Nikol seçkiqabağı Avropa turnesində erməni lobbisi ilə işlərini yoluna qoymağı bacardı və bunun məntiqi davamı olaraq ölkəyə yenidən dollarlar axmağa başladı. 

Ümumilikdə isə, erməni lobbisinin fəaliyyəti hər zaman pozuculuğa istiqamətlənib. Belə ki, diaspora, təbii ki, göndərilən vəsaitlərin aclıqla boğuşan soydaşlarına yox, erməni rəhbərlərin cibinə axdığını bilirdi. Bununla da hökumətin ölkədə əlini gücləndirərək, münaqişənin uzanmasını və dünyada özlərini “fağır millət” kimi göstərmək imkanını əldə edirdilər.

Paşinyanın uğursuzluğu isə erməni diasporunun bütün planlarını alt-üst etmişdi. 

İndi isə vəziyyətin köklü sürətdə dəyişdiyi görülür. Belə ki, Paşinyan da sələfləri kimi danışıqlardan boyun qaçırmağa başlayıb. Bununla da, diasporadan Ermənistana (Paşinyanın cibinə) axan pulların yolu yenidən açılıb.

Nəticədə isə, ermənilərin Avropada, Amerikada bar-bar bağırdıqları “gorbagor olmuş” status məsələsini yenidən qabartmaları üçün əllərinə mühüm “kozr” düşəcək.

Görünənsə odur ki, erməni diasporu özünün zərərli vərdişlərini hələ də tərgitməyib. İrəvanda isə erməni lobbisinin sözü hökumətdən daha çox keçir. Bu isə Ermənistanla Azərbaycan arasında problemlərin həll olmaması üçün dünya erməniliyi əlindən gələni əsirgəməyəcəyini göstərir. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin