“Ermənistan hakimiyyəti daha Qarabağla maraqlanmır” – Erməni siyasi texnoloq

Hazırda oxunan: “Ermənistan hakimiyyəti daha Qarabağla maraqlanmır” – Erməni siyasi texnoloq

31481

Parlamentdə Qarabağ məsələləri üzrə komissiya yaratmaqdan imtina Ermənistan hakimiyyətinin artıq bu ərazi ilə maraqlanmadığının göstəricisidir.

Bizim.Media xəbər verir ki, bunu erməni siyasi texnoloq Armen Badalyan “Aysor.am”a müsahibəsində deyib.

“Bu, hökumətin "Soros qanadı"nı razı salmaq üçün edilir”, deyə o bildirib.

"Hakimiyyətin siyasi komandasında Soros üzvlərinin olduğunu və istəklərinin təmin edildiyini nəzərə alaraq, hazırkı komissiya ləğv edilib. Hakimiyyətin əsas nümayəndəsi vaxtilə süni vəzifələrə təyin olunmaları tənqid edib, indi özü bu prinsiplə çıxış edir”, deyə Armen Badalyan vurğulayıb.

Onun sözlərinə görə, səlahiyyətlilər 9 noyabr 2020 tarixindən sonra Qarabağı unudub.

"Mövcud rejim və onu dəstəkləyən ictimai və siyasi xadimlər artıq mediada Qarabağ haqqında danışmırlar. Hakimiyyətin artıq bu problemlə məşğul olmaq istəyi yoxdur. Bu problemlərin öhdəsindən gəlmək üçün siyasi ağıl lazımdır. Ermənistanın indiki hökumətində isə bu yoxdur” deyən siyasi strateq əlavə edib ki, nəinki Qarabağın, həm də Ermənistanın gələcəyi ilə bağlı təsəvvürlər yox dərəcəsindədir.

Armen Badalyan "Qarabağ Ermənistandır və hər şey bitdi” deyən Nikol Paşinyan və hakim komandanın digər liderlərinin indi Qarabağı ziyarət etməməsinə diqqət çəkib:

“Onlar öz təhlükəsizlikləri üçün qorxurlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin