Beynəlxalq Olimpiya Komitəsi belaruslu məşqçilər Yuri Moyiseyeviç və Artur Şumakın akreditasiyasını ləğv edərək, onları Olimpiya Kəndindən kənarlaşdırıb.
Bizim.Media xəbər verir ki, səbəb kimi atlet Kristina Timanovskaya ilə əlaqədar qalmaqal göstərilib.
Bu addım Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiya paytaxtında olan Belarus idmançılarının rifahı naminə müvəqqəti tədbir kimi atılıb. Şumak və Moyiseyeviçə öz mövqelərini bildirmək imkanı gələcəkdə veriləcək.
Timanovskaya ixtisaslaşmadığı estafet qaçışına qoyulmasına etiraz əlaməti kimi yığma rəhbərliyini tənqid edib.
Əvəzində Belarus Milli Olimpiya Komitəsi onu iştirak ərizəsindən çıxarıb və özünün razılığı olmadan Tokiodan Minskə deportasiya etməyə çalışıb.
Ölkəsində həbs olunacağından qorxan idmançı hava limanında Yaponiya polisindən kömək istəyib. Beləliklə, Belarusa qayıtmayan atlet sonradan humanitar viza alaraq digər ölkəyə uçub.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:14 / 06.08.2021
Tokio-2020: Belaruslu məşqçilər Olimpiya Kəndindən qovuldu – SƏBƏB - FOTO
Hazırda oxunan: Tokio-2020: Belaruslu məşqçilər Olimpiya Kəndindən qovuldu – SƏBƏB - FOTO
Hazırda oxunan: Tokio-2020: Belaruslu məşqçilər Olimpiya Kəndindən qovuldu – SƏBƏB - FOTO
31416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.