Elmar Vəliyevi güllələyən Yunis Səfərovun məhkəmə prosesi keçirilib - FOTO

Hazırda oxunan: Elmar Vəliyevi güllələyən Yunis Səfərovun məhkəmə prosesi keçirilib - FOTO

31338

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edərək cinayət işi materiallarına yenidən baxılmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslərdən Vüqar Məmmədov və Ceyhun Salahov son sözlə çıxış ediblər.

Onlar ifadələrində ittihamlarla özlərini təqsirli bilmədiklərini deyiblər. Hər iki təqsirləndirilən şəxs məhkəmədən barələrində bəraət hökmü çıxarılmasını istəyib.

Növbəti məhkəmə prosesi avqustun 12-nə təyin olunub.

Qeyd edək ki, prokuror Yunis Səfərova ömürlük, Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizova 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov Vüqar Məmmədov və Ceyhun Salahova 19 il, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il həbs cəzası verilməsini istəyib.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin