Naməlum şəxslər müxalif siyasətçi Zaruhi Postancanyanın həyat yoldaşı Suren Drampyanın avtomobilini partladıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Postancanyanın özü məlumat verib.
Siyasətçi bildirib ki, avtomobil evlərinin həyətində partladılıb:
“Yaxınlıqda dayanmış bir qonşunun avtomobili də zədələnib. Hər iki maşın qaz kəmərinin altında dayanmışdı və əgər qonşular yanğınsöndürənləri tez çağırmasaydılar, nəticələr daha ciddi ola bilərdi. Xoşbəxtlikdən fəlakətin qarşısı alındı və insan tələfatı olmadı”.
"Ərimin düşməni yoxdur və bunun siyasi fəaliyyətimlə əlaqədar olduğuna inanırıq" deyə o, qeyd edib.
Postancanyanın sözlərinə görə, avtomobilin partladılması hazırkı hökumətin işidir. Eyni zamanda, hadisənin niyə indi - nisbi siyasi passivlik dövründə baş verdiyini söyləməkdə çətinlik çəkib.
O, artıq hüquq -mühafizə orqanlarına müraciət edib və hadisə ilə bağlı araşdırma aparacaq.
Bizim.Media
- A-
- A
- A+
Region
14:20 / 05.08.2021
Ermənistanda müxalifətçi qadının ərinin avtomobili partladıldı - FOTO
Hazırda oxunan: Ermənistanda müxalifətçi qadının ərinin avtomobili partladıldı - FOTO
Hazırda oxunan: Ermənistanda müxalifətçi qadının ərinin avtomobili partladıldı - FOTO
31302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.