Fəaliyyətsiz partiyalar LƏĞV olunmalıdırmı? – Tural Abbaslı: “60 yox, 12-13 partiya olsa...”

Hazırda oxunan: Fəaliyyətsiz partiyalar LƏĞV olunmalıdırmı? – Tural Abbaslı: “60 yox, 12-13 partiya olsa...”

31282

Azərbaycanda 60-dan çox siyasi partiya mövcuddur. YAP-ın keçən qurultayında onlardan 6-sı iqtidar partiyasına birləşdi. Və ötən gün həmin 6 partiyaya üzvlük vəsiqələri verilib.

Əslində bu bir presedent kimi cəmiyyət tərəfindən maraqla və əksər insanlar tərəfindən də rəğbətlə qarşılandı. 
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin sonuncu PLANI - 3-cü Dünya müharibəsi harada başlayacaq?


Ağ Partiyanın sədri Tural Abbaslı ilə söhbətimiz də bu mövzu ətrafında oldu. Soruşduq ki, partiya sədri kimi Azərbaycanda fəaliyyətsiz siyasi partiyalara və qoşulmalara münasibəti necədir? 

“Əslində bu məsələ hadisə baş verən zaman xeyli müzakirə olundu. Birləşmə prosesi baş tutdu, amma onun hüquqi və texniki tərəflərinin necə həll olunduğu barədə məlumat verilmədi. Amma hər halda 6 partiyanın YAP-a qoşulması insanların yaddaşında qaldı. Ümumən götürəndə Azərbaycanda 60 civarında partiya var. Və bu partiyaların böyük əksəriyyəti – 80 faizi demək olar ki, fəaliyyətsizdir” deyən Ağ Partiyanın sədri Tural Abbaslı onu da qeyd etdi ki, bəzi partiyalar 1992-93-cü illərdə qeydə alınıb və heç bir fəaliyyət göstərmədən qalıblar.

Bizim.Media-ya açıqlamasında partiya lideri əlavə etdi ki, hər bir partiyanın nizamnaməsinə əsasən 4-5 ildən bir qurultay keçirilməlidir, rəhbərlik dəyişlməlidir, yeni rəhbərlik seçilməlidir.

Nizamnaməyə uyğun fəaliyyət göstərilməlidir, hesabatlar veirlməlidir və s. Ancaq...

“Bu illər ərzində bu partiyaların ləğvi də baş verməyib. İqtidar hər hansı problemin yaranmasını istəməyib. Çünki hər hansı partiyanın ləğv olunması beynəlxalq arenada xeyli səs-küyə səbəb olur. Yəni, heç kəs maraqlanmır ki, bu partiya fəaliyyətdə idi, ya yox. Partiyanın ləğv olunması dövlətlərin demokratiya indeksinə neqativ təsir edən amillərdən sayılır. Ola bilsin bu baxımdan Azərbaycan iqtidarı partiyaların qeydiyyatını ləğv eləməyib. Düşünürəm ki, Azərbaycanda 60 yox, həqiqətən güclü və fəaliyyət göstərən 12-13 partiya olsa, bu, dövlətə, millətə daha faydalı ola bilər”.

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin