"Legiya"nın baş məşqçisi Mahir Emrelinin oyunundan danışdı

Hazırda oxunan: "Legiya"nın baş məşqçisi Mahir Emrelinin oyunundan danışdı

31248

"Artıq oyun arxada qalıb. Matçdan əvvəl "Dinamo"nun topa daha çox nəzarət etmək istəyəcəyini bilirdik. Belə də oldu. Dəfələrlə yaxşı qol epizodları yaratdıq. Varşavada tamam fərqli qarşılaşma görəcəyik".

Bizim.Media xəbər verir ki, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Xorvatiyada Zaqreb "Dinamo"su ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis çexiyalı Tomaş Pekqarta start heyətdə şans verməməsi haqqında danışıb.

O, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin 3-5-2 sisteminə daha uyğun olduğunu söyləyib:

"Pekqartı yaxşı başa düşürəm. Bombardirimiz bizə çox kömək edib. Hazırlıq dönəmində yanımızda olmadığı üçün hələlik tam formada deyil. Onunla danışdım, qərarlarımı və gözləntilərimi izah etdim. Mahir Emreli və Rafael Lopes kimi gənc oyunçularımız var. Heyətdə dəyişikliklər edəcəyik. Bu gün daha hərəkətli olan Emreli və Lopes 3-5-2 sisteminə çox uyğun gəlir. Bu səbəbdən belə qərar verilib".

Qeyd edək ki, "Dinamo" ilə görüşə start heyətdə başlayan Mahir Emreli 75-ci dəqiqədə yerini Tomaş Pexarta verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin