Şəhriyar Məmmədyarov Aronyana məğlub oldu

Hazırda oxunan: Şəhriyar Məmmədyarov Aronyana məğlub oldu

31238

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turnirində - “Chessable Masters"də mübarizəni dayandırıb.

Bizim.Media xəbər verir ki, şahmatçımız dörddəbir finalda ermənistanlı Levon Aronyana məğlub olub.

Dörddəbir finalın digər qarşılaşmalarında ABŞ təmsilçiləri Uesli So niderlandlı Jorden Van Forrest, Hikaru Nakamura rusiyalı Vladislav Artemiyev, Fransanı təmsil edən Alireza Firuzca Vyetnam şahmatçısı Le Quan Liyem ilə mübarizə aparırlar.

Xatırladaq ki, “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq.

Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin