ABŞ -da insan beyninə çip yerləşdirmək üçün sınaq testlərinə başlanılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ şirkəti Nyu York xəstəxanalarının birində altı xəstə üzərində sınaqlara başlamağı planlaşdırır.
Artıq “Synchron” adlı bir Amerika startap layihəsi, insan beyni və kompüteri birləşdirəcək bir neyrooçipin klinik sınaqlarını aparmaq üçün ABŞ -ın müvafiq orqanlarından icazə alıb.
Bu barədə Bloomberg xəbər verir.
Şirkət daha əvvəl cihazı Avstraliyada dörd könüllü üzərində sınaqdan keçirib. Təcrübə indi Nyu -Yorkdakı bir xəstəxanada altı xəstə üzərində aparılacaq.
İnsan beyninə implantasiya ediləcək yeni cihazın əsas vəzifəsi, düşüncə gücündən istifadə edərək müxtəlif gadjetləri idarə edə biləcək iflic insanlara kömək etməkdir.
İncə bir tellə beyinə yerləşdirilən çip sinədə yerləşən implantla birləşəcək.
Məlumata görə, çip insan bədəninə cərrahiyyə yolu olmadan, yəni boynun arxasından qan damarlarından nüfuz edərək bağlanacaq. Bütün prosedur təxminən iki saat çəkəcək.
Maraqlıdır ki, nəşrin yazdığına görə, bu layihə ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir.
Xatırladaq ki, uzun zamandır ki, dünyada bu istiqamətdə işlər, davam edir. Elm adamları insan orqanizminə heç bir müdaxilə etmədən bir çip yaratmağa çalışırlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:38 / 05.08.2021
Fantastik filmlər reallaşır – İnsan beyninə çip yerləşdiriləcək
Hazırda oxunan: Fantastik filmlər reallaşır – İnsan beyninə çip yerləşdiriləcək
Hazırda oxunan: Fantastik filmlər reallaşır – İnsan beyninə çip yerləşdiriləcək
31219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.