Ekoloji tarazlığı təmin etmək üçün Rusiya hökuməti avtomobil parkını tamamilə elektrikləşdirmək fikirndədir. Federal hökumət bunun üçün yerli istehsalı da gücləndirmək niyyətindədir.
İqtisadi İnkişaf, Sənaye və Ticarət nazirlikləri elektrikli avtomobillərə olan tələbatın stimullaşdırılması mexanizmini də təklif ediblər.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, yerli elektrik avtomobillərin alıcılarına 25% endirim tətbiq olunacaq.
Artıq iki nazirlik arasında elektrikli avtomobillərdə endirim əldə etmə şərtlərini razılaşdırılıb.
Eyni zamanda Rusiya Federasiyası ərazisində 2024 -cü ilə qədər elektrikli avtomobillər üçün təxminən 2,9 min enerji yükləmə stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə onların sayı 27 minə çatacaq. Çünki Rusiya hökuməti 2030-cu ilə qədər müxtəlif stimullaşdırıcı tədbirlərlə ölkədəki avtomobillərin hamısını elektrikləşdirmək fikrindədir.
Xatırladaq ki, artıq Avropa Birliyi ölkələri bu prossesi 2030-cu ilə qədər yekunlaşdıracaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:48 / 04.08.2021
Rusiya 2030-cu ilə qədər tam elektrikli avtomobillərə keçəcək
Hazırda oxunan: Rusiya 2030-cu ilə qədər tam elektrikli avtomobillərə keçəcək
Hazırda oxunan: Rusiya 2030-cu ilə qədər tam elektrikli avtomobillərə keçəcək
31202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.